- 13:35
ABŞ prezidenti Donald Trampın Qrenlandiyaya nəzarəti ələ keçirmək tələbləri və rüsumlarla bağlı hədələri Danimarka və digər Skandinaviya ölkələrində böyük etiraz dalğasına səbəb olub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Amerika məhsullarının müəyyən edilməsinə və boykot edilməsinə kömək edən "NonUSA" (UdenUSA) mobil tətbiqi Danimarkada qısa müddətdə böyük marağa səbəb olub. Tətbiq istifadəçilərə məhsulun istehsal yeri və digər məlumatlarını görmək üçün barkodları skan etməyə imkan verir.
Tətbiq həmçinin Danimarkanın yerli bazarından ABŞ istehsalı olan məhsullara alternativlər təklif edir.
Məlumata görə, yanvarın 9-da 441-ci yerdə olan proqram, gərginlik artdıqca sürətlə populyarlıq qazandı və "ChatGPT" kimi populyar tətbiqləri geridə qoyub.
Gərginlik Tramp administrasiyasının milli təhlükəsizlik zəminində Danimarkadan Qrenlandiyanı ələ keçirmək istəyi ilə başlayıb. Tramp bölgədə Rusiya və Çinin mövcudluğunu əsas gətirərək adanın ABŞ-nin nəzarətinə keçməli olduğunu müdafiə edib.
Keçən həftə Trump, planını dəstəkləməyən Böyük Britaniya, Fransa, Almaniya və Finlandiya da daxil olmaqla səkkiz Avropa ölkəsinə fevralın 1-dən etibarən 10% əlavə rüsum tətbiq edəcəyini açıqlayıb. O, iyunun 1-də bu faizi 25%-ə çatdırmaqla hədələyib.
Danimarkanın baş naziri Mette Frederiksen cümə axşamı günü bəyan edib ki, onlar müttəfiqlərlə təhlükəsizlik, investisiya və iqtisadiyyat kimi məsələlərdə danışıqlara açıq olsalar da, ərazi bütövlüyü və suverenlik müzakirə oluna bilməz.
Şəbnəm Mehdizadə