"Washington Post"da işçilərin üçdə biri ixtisar ediləcək


  • 11:11

ABŞ-nin ən qədim və köklü qəzetlərindən biri olan "The Washington Post" qəzeti işçi qüvvəsinin üçdə birini ixtisar edəcək.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, qərara əsasən, qəzetin idman, yerli xəbərlər və xarici xəbərlər departamentlərində geniş ixtisar aparılacaq.

Nəşrin icraçı redaktoru Matt Murray bildirib ki, süni intellektin inkişaf etməsindən sonra qəzetin onlayn trafiki son üç ildə əhəmiyyətli dərəcədə azalıb.

İşdən çıxarılmalar xüsusilə kritik bölgələrdə çalışan müxbirlər şəbəkəsinə təsir edib.

Belə ki, Qahirə bürosunun Yaxın Şərqdəki redaksiya heyətinin bütünlüklə işdən çıxarılıb.

Ukraynada döyüş bölgəsində işləyən müxbir də ixtisara düşdüyünü açıqlayıb.

Qəzetin maliyyə çətinlikləri və abunəçi itkiləri 2024-cü ildə keçiriləcək prezident seçkilərində heç bir namizədi dəstəkləməmək qərarına gəldikdən sonra sürətlənib.

Bu qərardab sonra on minlərlə oxucu onilliklər boyu davam edən ənənəni pozaraq abunəliklərini ləğv edib.

Lakin bu addım qəzet işçiləri və keçmiş rəhbərlər tərəfindən sərt tənqidlə qarşılanıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər