- 13:09
“Polşanın imici Varşava Qəzza üzrə Sülh Şurasına qoşularsa, zərər görə bilər”.
E-huquq.az xəbər verir ki, bunu respublikanın xarici işlər naziri Radoslav Sikorski deyib.
“Mən bu sülh şurası ilə bağlı bütün imkanlar və təhdidlər, eləcə də imic üçün yarana biləcək risklər barədə qiymətləndirməni Polşa prezidentinə təqdim etməyə hazırlaşıram”, - nazir bildirib.
Onun fikrincə, Sülh Şurasının statusu və onun sədrinin kim olduğu aydın deyil.
Şuraya üzvlük üçün 1 milyard dollar məbləğində töhfə verilməsindən danışan Sikorski deyib: “Niyə Polşa vergiödəyicisi Qəzza sektorunu bərpa etməlidir? Onu dağıdan polyaklar olmayıb”.
Polşanın Sülh Şurasına mümkün üzvlüyü məsələsi fevralın 11-də Varşavada respublika prezidenti Karol Navrotskinin təşəbbüsü ilə çağırılan Milli Təhlükəsizlik Şurasının iclasında müzakirə olunacaq.
Humay Eminqızı