- 16:33
Avstraliyanın Kvinslend əyalətində 27 yaşlı şəxs 7 il ərzində yüzlərlə uşağa qarşı cinsi istismarda ittiham olunur.
E-huquq.az "ABC News"a istinadən xəbər verir ki, Kvinslend əyalətinin polisi 27 yaşlı Meriboro sakini Ethan Burns-Dederer adlı şəxsə ümumilikdə 596 ittiham irəli sürülüb.
Onun Avstraliya və digər ölkələrdə yaşayan 459 uşağı hədəf aldığı iddia edilir.
Burns-Dederer 87 uşaqla onlayn cinsi əlaqədə olmaqda təsirləndirilir.
O, həmçinin, sosial media və oyun platformalarından uşaqları hədəf almaq üçün istifadə edib.
Kvinslend polis rəisi Denzil Klark təhqiqatın həm milli, həm də beynəlxalq ekspertlərlə koordinasiyada aparıldığını və qurbanların müəyyən edilməsi üçün səylərin davam etdiyini vurğulayıb. O, həmçinin qeyd edib ki, şübhəli şəxs qurbanları cinsi məzmunlu material göndərməyə məcbur edib.
İstismar hallarının 2018-2025-ci illər arasında baş verdiyi güman edilir. Şübhəli şəxs hal-hazırda nəzarətə götürülüb və uşaq istismarı ittihamı ilə məhkəmə qarşısına çıxacağı gözlənilir.
Şəbnəm Mehdizadə