Kanadada məktəbdə atışma - 10 nəfər öldü


  • 09:05

Kanadanın Tambler-Ric şəhərində məktəbdə atışma baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə “CBC” telekanalı məlumat yayıb.

Atışma nəticəsində azı 10 nəfər həyatını itirib.

Həlak olanlardan altı nəfərin meyiti təhsil müəssisəsində aşkarlanıb, daha bir yaralı isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Bundan əlavə, polis yaxınlıqdakı yaşayış evində daha iki nəfərin cəsədini aşkar edib. Onların ölümü də insidentlə əlaqələndirilir.

25 nəfər tibbi müəssisəsinə çatdırılıb.

Humay Eminqızı

Oxşar xəbərlər