- 10 Fevral 18:13
Xarici təşkilatların tapşırığı ilə dövlətə xəyanət etməkdə təqsirləndirilən Turalbəy Mehdiyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib.
Baxış iclası 17 fevral tarixinə təyin edilib.
Məhkəmədə növbəti proseslərin qapalı keçirilməsinə qərar verilib.
Qeyd edək ki, Turalbəy Mehdiyevə AR Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281.3-cü (Dövlət əleyhinə yönələn açıq çağırışlar, xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə) və 283.1-ci (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması,aşkar surətdə, o cümlədən mediadan istifadə olunmaqla törədildikdə) maddələri ilə yekun ittiham elan olunub.
Humay Eminqızı