Türkiyənin 5 vilayətində 115 qanunsuz miqrant saxlanılıb


  • 10:41

Türkiyənin 5 vilayətində qanunsuz miqrasiya ilə mübarizə çərçivəsində əməliyyat keçirilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri Diyarbəkir, Adana, İzmir, Kayseri və Şanlıurfada eyni vaxtda əməliyyatlara başlayıb.

Keçirilən əməliyyatlar zamanı qeyri-qanuni yollarla ölkəyə daxil olduğu müəyyən edilən 115 qeyri-qanuni miqrant yaxalanıb.

30 şübhəli isə təşkilatçı olmaqda şübhəli bilinərək saxlanılıb.

Şübhəlilərin ünvanlarına və avtomobillərinə baxış zamanı silah-sursat ələ keçirilib.

Şübhəlilərdən 22-si həbs edilib, 2-si isə şərti azadlığa buraxılıb.

Tutulan qeyri-qanuni miqrantlar deportasiya olunmaq üçün Miqrasiya İdarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər