23.10.2026
Avtomobil kanala aşdı:
Dünya

Avtomobil kanala aşdı:

Fev 11, 2026

Türkiyənin Samsun şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Samsunun Terme rayonunda, Gölyazı Məhəlləsində avtomobil idarəetmədən çıxaraq suvarma kanalına aşıb.

Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişin yaralanıb.

Bölgəyə tibb və jandarma qrupları sövq edilib.

Terme Dövlət Xəstəxanasına aparılan sürücünün həyatını xilas etmək mümkün olmayıb.

Qəzanın səbəbləri araşdırılır.

Şəbnəm Mehdizadə