- 12:20
ABŞ Dəniz Administrasiyası Amerika bayrağı altında üzən gəmiləri İranın ərazi sularından mümkün qədər uzaq durmağa çağırıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, qurum Vaşinqton və Tehran arasında Omanda keçirilən dolayı danışıqların ilk raundundan sonra region üçün yeni təhlükəsizlik protokolları açıqlayıb.
Hörmüz boğazından keçən gəmilərə İran sularına yaxınlaşmamaq, mümkün müdaxilə zamanı isə güc tətbiq etməmək tövsiyə olunub.
Şərq istiqamətində üzən gəmilərə Omanın ərazi sularına yaxın marşrutlara üstünlük vermək məsləhət görülüb.
Xəbərdarlıq ABŞ və İran nümayəndələrinin Omandakı danışıqlarından sonra edilib və tərəflərin bu həftə yenidən görüşəcəyi gözlənilir.
Şəbnəm Mehdizadə