Cənubi Koreyada dron insidenti ilə bağlı ətraflı araşdırma aparılır


  • 11:28

Cənubi Koreyada Şimali Koreyaya göndərildiyi iddia edilən dronlarla bağlı araşdırmalar genişlənib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, kəşfiyyat orqanlarına edilən basqın nəticəsində üç əsgər və bir kəşfiyyat əməkdaşı nəzarətə götürülüb.

Keçmiş prezident Yoon Suk Yeolun da bu işdə əli olduğu bildirilir.

Qeyd edək ki, yanvar ayında Şimali Koreya, Cənubi Koreyanın "vacib hədəflər" haqqında kəşfiyyat məlumatı toplamaq məqsədilə göndərilən dronu vurduğunu açıqlamışdı. Cənubi Koreya hökuməti ilkin olaraq müdaxiləni inkar etsə də, ölkə rəhbərləri hadisənin ciddiliyini vurğulayıb.

Araşdırmalar çərçivəsində 18 yerdə reydlər keçirilib. Şübhəlilərin hərtərəfli dindiriləcəyi və ələ keçirilən materialların araşdırılacağı açıqlanıb.

Cənubi Koreyanın Birləşmə naziri Chung Dong-young bu insidentin keçmiş prezident Yoon Suk Yeolun tərəfdarları tərəfindən təşkil edilmiş ola biləcəyini irəli sürüb.

Sabiq prezident 2024-cü ilin sonunda hərbi vəziyyət elan etmək üçün Şimali Koreyaya qeyri-qanuni pilotsuz təyyarələr göndərməkdə ittiham olunur.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər