- 12:20
Tacikistan respublikanın bəzi banklarına qarşı Avropa İttifaqı (Aİ) tərəfindən tətbiq olunan sanksiyalar məsələsi ilə bağlı Aİ ilə danışıqlar aparır.
E-huquq.az xəbər verir ki, bu barədə Tacikistan Milli Bankının sədri Firdavs Tolibzoda məlumat verib.
2025-ci ilin payızında Avropa İttifaqı 19-cu sanksiyalar paketi çərçivəsində Tacikistanın üç bankı - “Dushanbe City Bank”, “Spitamen” və “Kommersbank” - eləcə də bir sıra digər MDB ölkələrinin səkkiz bankı ilə əməliyyatlara qadağa tətbiq edib.
Fevral ayında Reuters agentliyi Avropa Komissiyasının sənədinə istinadən xəbər verib ki, Aİ Rusiyaya qarşı 20-ci sanksiyalar paketi çərçivəsində respublikanın daha bir bankına da sanksiya tətbiq etməyi planlaşdırır.
Humay Eminqızı