- 13:29
Bu il dünyada 130-dan çox ölkədə 200 milyondan çox uşağın humanitar yardıma ehtiyacı var.
E-huquq.az xəbər verir ki, bu barədə UNICEF-in icraçı direktoru Ketrin Rassel məlumat verib.
Nyu-Yorkda BMT-nin Baş Qərargahında UNICEF-in ilk illik toplantısında çıxış edən direktor bildirib ki, dünya sürətlə dəyişir və bu dəyişiklik müvəqqəti deyil.
Keçən il çoxtərəfli sistem və beynəlxalq yardımla bağlı çətinliklərlə üzləşdiklərini ifadə edən Rassell qeyd edib ki, 2025-ci il uşaq ölümlərində artım müşahidə edilib.
Münaqişələrin, iqlim dəyişiikliyinin, iqtisadi qeyri-sabitliyin və bərabərsizliklərin uşaqlar, ailələr və icmalar üzərində böyük təzyiq yaratdığına diqqət çəkən Rassell bu il 200 milyondan çox uşağın humanitar yardıma ehtiyacı olacağını bildirib.
Direktor qeyd edib ki, dünyada milyonlarla uşaq qida çatışmazlığından əziyyət çəkir.
Rassel BMT Baş Katibliyinin ofisinin UN80 islahatlarına uyğun olaraq öz strategiyalarını inkişaf etdirdiyini söyləyib və bu müddət ərzində maliyyə təzyiqlərinə baxmayaraq, UNICEF-in missiyasını müntəzəm maliyyələşdirməyə davam edən ölkələrə təşəkkür edib.
Şəbnəm Mehdizadə