- 13:38
"Meta" və "YouTube" şirkətləri məhkəməyə verilib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Los-Ancelesdə baş tutan məhkəmə prosesində "Meta" və "YouTube" platformaları gənc istifadəçiləri bilərəkdən asılılığa sürükləməkdə ittiham olunur
İddiaçı K.G.M. adlı 20 yaşlı qadın, "Instagram" və digər "Meta" platformalarının diqqət cəlb etmək və asılılıq yaratmaq məqsədilə dizayn edildiyini bildirir. Vəkil Mark Lanier, bu şirkətləri kazinolarda istifadə olunan metodlarla gənclərin beyinlərini aludə etdiyi söyləyib. O, sosial medianın gəncin depressiyasını və intihar düşüncələrini artırdığını iddia edir.
Məhkəməyə təqdim edilən 2015-ci ilin elektron poçtunda şirkətin baş direktoru Mark Zukerberqin istifadəçilərin daha çox vaxt keçirməsini tələb etdiyi iddia edilir. Həmçinin, "YouTube"un gənc istifadəçilərini reklam gəlirləri üçün hədəf aldığı vurğulanıb. "Meta"nın vəkili isə, iddiaçının psixi sağlamlıq problemlərinin yalnız "Instagram" istifadəsindən qaynaqlanmadığını müdafiə edib.
Məhkəmənin qərarı sosial media platformalarının dizaynının zərərli olub-olmamasına dair önəmli bir presedent yarada bilər.
Məhkəmə təxminən altı həftə davam edəcək və Zukerberqin də ifadə verməsi gözlənilir.
Şəbnəm Mehdizadə