- 13:29
İndoneziyanın Yava adasının şərq hissəsində yerləşən Semeru vulkanı beş dəfə püskürərək 1000 metr hündürlüyə qədər kül saçıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Lumacanq və Malanq əyalətlərinin sərhəddində yerləşən Semeru dağı yenidən aktivləşib.
Vulkan yerli vaxtla saat 00:28-dən 08:06-dək beş dəfə püskürüb.
Semeru Müşahidə Stansiyasının rəsmisi Lisvanto bildirib ki, vulkanın təhlükə səviyyəsi 3-cü səviyyədir.
Lisvanto həmçinin qeyd edib ki, vulkanın 5 kilometr radiusunda bütün fəaliyyətlər qadağan edilib.
Qeyd edək ki, Semeru dağı Yava adasındakı ən aktiv vulkanlardan biri kimi tanınır.
Şəbnəm Mehdizadə