İsrail Qəzzalı uşağın müalicə üçün təxliyəsinə icazə verməyib


  • 12:20

İsrail xərçəng xəstəliyindən əziyyət çəkən 5 yaşlı fələstinli uşağın müalicə üçün İordan çayının qərb sahilinə təxliyyə edilməsinə icazə verməyib.

E-huquq.az Haaretz qəzetinə istinadən xəbər verir ki, bu barədə qərar İsrailin işğalı altında olan Qüds Rayon Məhkəməsi tərəfindən verilib.

Məhkəmə bu qərarı təhlükəsizlik səbəbləri ilə əlaqələndirib.

Qərara əsasən uşağın Ramallahdan təxliyyə edilməsinə qadağa qoyulub.

İsrailin "Gisha" təşkilatı, xəstənin Təl-Əvivə köçürülməsi üçün məhkəməyə müraciət edib.

Təşkilat qərarın Qəzzada doğulmuş fələstinlilərin tibbi müalicə almasına mane olan siyasətini pisləyib, bunun beynəlxalq hüququ pozduğunu vurğulayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər