- 13:38
Yaponiya müharibədə zərər görmüş mədəni irsin bərpasına dəstək olmaq məqsədilə Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatı (UNESCO) vasitəsilə Ukraynaya 3,8 milyon dollar məbləğində yardım göstərəcəyini açıqlayıb.
E-huquq.az xəbər verir ki, bu barədə “NHK” dövlət televiziyası məlumat yayıb.
Məlumata görə, Kiyevdə Yaponiya, Ukrayna və UNESCO rəsmilərinin iştirakı ilə imzalama mərasimi keçirilib.
Yaponiyanın Kiyevdəki səfiri Nakaqome Masaşi mərasimdən sonra verdiyi açıqlamada mədəniyyətin Ukraynanın suverenliyinin mühüm bir hissəsi olduğunu vurğulayaraq, Yaponiyanın dəstəyini davam etdirmək istədiyini bildirib.
Humay Eminqızı