Ukrayna sutka ərzində 1 255 hərbçi itirib


  • 13:38

Ukrayna Silahlı Qüvvələrinin bölmələri ötən sutka ərzində Xüsusi Hərbi Əməliyyat zonasında təxminən 1 255 hərbçi itirib.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin “Şimal” qruplaşmasının cavabdehlik zonasında itkiləri 215-dən çox, “Qərb”də 160-a qədər, “Cənub”da 140-dan çox, “Mərkəz”də 315-ə qədər, “Şərq”də 380-dən çox, “Dnepr”də isə 45-ə qədər hərbçi olub.

Humay Eminqızı

Oxşar xəbərlər