- 14:05
Rusiyanın Udmurtiya bölgəsində polis idarəsində terror aktının qarşısı alınıb.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, əvvəllər məhkum olunmuş 57 yaşlı Rusiya vətəndaşı şübhəli şəxs qismində saxlanılıb.
Məlum olub ki, o, idarəyə silahlı hücum planlaşdırıb.
Saxlanılan şəxsin qarajında onun hazırladığı əldəqayırma partlayıcı qurğu, habelə hücumu həyata keçirmək üçün nəzərdə tutulmuş silahlar aşkar edilib.
Ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 30-cu maddəsinin 1-ci hissəsi, 205-ci maddəsinin 1-ci hissəsi (terror aktı törətməyə hazırlıq) və 222.1-ci maddəsinin 1-ci hissəsi (partlayıcı maddələrin və ya partlayıcı qurğuların qanunsuz əldə edilməsi, ötürülməsi, satışı, saxlanması, daşınması və ya aparılması) ilə cinayət işi açıb.
Humay Eminqızı