- 13:57
“Məhz Avropa İttifaqı Kiyev rejimini silahlandırmaqla Ukraynaya münaqişənin həlli üçün hər hansı bir kompromisə getməyə imkan vermir”.
E-huquq.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O qeyd edib ki, Aİ ölkələri silah tədarükü ilə yalnız münaqişənin eskalasiyasına deyil, həm də Kiyevin terror aktları törətməsinə kömək edirlər.
“Hazırkı mərhələdə məhz Avropa İttifaqı Kiyev rejiminə hərbi əməliyyatların davam etdirilməsi üçün lazım olan hər şeyi təmin etmək vədləri əsasında hər hansı güzəştə getməyə mane olur”, - Zaxarova bildirib.
Humay Eminqızı