- 14:26
Türkiyənin Karaman şəhərində xəzinə axtaran 3 nəfər mağarada köməksiz vəziyyətdə qalıb.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Karamanın Madenşehri kəndinin Karadağ Karanlıkdere bölgəsində 3 nəfər xəzinə axtarmaq üçün mağaraya girib.
Arxeoloji sahəni patrul edən jandarma qrupları mağarada bir qrup şəxsin olduğunu müəyyən edib.
Mağarada köməksiz vəziyyətdə qalan 3 nəfər qrupların köməyi ilə oradan çıxarılıb.
Şəbnəm Mehdizadə