- 14:44
İndoneziya ölkə daxilində pullu magistral yolların bir hissəsini döyüş təyyarələri üçün təcili uçuş-enmə zolaqlarına çevirməyi planlaşdırır.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, strategiya ölkədə yolları sərfəli təyyarə daşıyıcıları kimi istifadə etməyi hədəfləyir.
Hərbi Hava Qüvvələrinin komandanı marşal Tonny Harjono bildirib ki, 39 əyalətin hər birində ən azı bir magistral hissə bu məqsədlə hazır vəziyyətə gətiriləcək.
Lampunq əyalətində keçirilən təlimdə F-16 və Super Tucano təyyarələri magistral yola eniş və oradan qalxış edərək bu imkanın effektivliyini nümayiş etdiriblər. Müdafiə nazirinin müavini Donni Ermavan Taufanto bunu müdafiə sisteminin gücləndirilməsi baxımından mühüm addım adlandırıb.
Magistral yolların hərbi məqsədlə istifadəsi yeni olmasa da, minlərlə adadan ibarət İndoneziya üçün xüsusi strateji əhəmiyyət daşıyır. Mütəxəssislər qeyd edirlər ki, bu yanaşma bahalı təyyarədaşıyıcı gəmilərlə müqayisədə daha qənaətcil və dayanıqlıdır.
Plan çərçivəsində təxminən 3000 metrlik magistral hissələri hərbi təyyarələr üçün ayrılacaq. Rəsmilər bildirir ki, adi uçuş zolaqları 45–60 metr enində olduğu halda, magistralların eni cəmi 24 metrdir və pilotlar bu dar şəraitdə eniş üçün xüsusi hazırlıq keçirlər.
Şəbnəm Mehdizadə