İsrail Qəzzaya hücum etdi - 3 nəfər yaralandı


  • 13:57

İsrail Qəzzada 10 oktyabr 2025-ci ildə qüvvəyə minən atəşkəsi pozmaqda davam edir.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrail ordusunun Qəzza zolağının cənubuna hücumu nəticəsində üç fələstinli yaralanıb.

Səhiyyə mənbələrindən verilən məlumata görə, İsrail hərbi maşınları cənubdakı Əl-Məslə bölgəsində məcburi köçkün fələstinlilərin yerləşdiyi çadırlara atəş açıb.

Hücumlarda ikisi uşaq və biri qadın olmaqla üç fələstinli yaralanaraq Xan Yunisdəki Nasser xəstəxanasına aparılıb.

İsrail ordusu həmçinin Xan Yunisin şərqində nəzarəti altında olan ərazilərə də hava zərbələri endirib.

Rəfahın qərb bölgələri intensiv artilleriya atəşinə məruz qalıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər