Suriyada şiddətli yağışlar - 173 ailə təxliyə edildi


  • 14:05

Suriyanın şimal-qərbindəki İdlib əyalətində 2 gündür davam edən şiddətli leysan yağışları nəticəsində məcburi köçkünlərin sığındığı 6 düşərgədən 173 ailə təxliyə edilib.

E-huquq.az xəbər verir ki, bu barədə Suriya Fövqəladə Hallar və Fəlakətlərin İdarə Edilməsi Naziri Raid es-Salih “X” sosial şəbəkəsində paylaşım edib.

Nazir bildirib ki, təxliyə işləri ilə yanaşı, yağış sularının boşaldılması üçün də tədbirlər görülür.

Humay Eminqızı

Oxşar xəbərlər