Peskov: "WhatsApp"ın blokdan çıxarılması mümkündür


  • 14:26

Bir müddət əvvəl Rusiyada bloklanan "WhatsApp"ın blokdan çıxarılması mümkündür.

E-huquq.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov TASS-a açıqlamasında bildirib ki, qərar “Meta”nın Rusiya qanunlarına əməl etməsindən asılıdır.

Onun sözlərinə görə, şirkət qanunlara uyğun davranaraq səlahiyyətlilərlə əlaqə saxlasa, razılıq əldə oluna bilər. Əks halda, blok qüvvədə qalacaq.

Xatırladaq ki, Roskomnadzor 2025-ci ilin noyabrında qanun pozuntularına görə "WhatsApp"ın mərhələli şəkildə bloklanacağını açıqlamışdı. Həmin vaxtdan tətbiqə giriş məhdudlaşdırılıb və istifadəçilər VPN-lərdən yararlanırlar.

Bundan başqa ölkədə "Telegram"a da məhdudiyyətlər tətbiq edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər