- 15:33
Budapeşt, Ukrayna lideri Volodimir Zelenskinin 2027-ci ilə qədər Ukraynanın Avropa İttifaqına (Aİ) üzv olması tələbinə dəstək verməyəcək.
E-huquq.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban “X” sosial şəbəkəsində bildirib.
“Ukraynanın Aİ-yə üzv olması sülh gətirməyəcək, bu, Avropada müharibəyə səbəb olacaq. Bu, müzakirəyə açıq deyil. Macarıstan öz təhlükəsizliyinə təhdidi maliyyələşdirməyəcək, silahlandırmayacaq və ya qanuniləşdirməyəcək”, - Orban bildirib.
O diqqətə çatdırıb ki, Kiyev öz təhlükəsizliyinə zəmanətlərdən danışarkən, Ukrayna hərbçiləri Macarıstana qarşı sərt təhdidlər irəli sürür.
Humay Eminqızı