- 15:33
Yunanıstanda Saqqız adası sahillərində 15 qeyri-qanuni miqrantın öldüyü qəza ilə bağlı bəzi faktlar məlum olub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, fevralın 4-də qayığın batması nəticəsində ölən 15 nəfərlə bağlı araşdırmalar davam edir.
Məhkəmə-tibb ekspertləri tərəfindən hazırlanan hesabatlara görə, bəzi şəxslər döş qəfəsi, boyun, qol və ayaq travmaları, eləcə də ağır baş xəsarətləri alıb, bir nəfərin başı əzilib.
Hesabat qurbanların olduğu qayığın sahil mühafizə gəmisi tərəfindən vurulduğuna dair ifadələri təsdiqləyir.
Şəbnəm Mehdizadə