Danimarkanın baş naziri: “Avropa ABŞ, Çin və Rusiyadan asılı olmamalıdır”


  • 15:33

Qrenlandiya ətrafındakı vəziyyət onu göstərir ki, Avropa iqtisadi cəhətdən özünü ABŞ, Çin və Rusiyadan azad etməlidir.

E-huquq.az xəbər verir ki, bu barədə Danimarkanın baş naziri Mette Frederiksen Aİ-nin Belçikada keçirilən qeyri-rəsmi sammitindən əvvəl deyib.

"Biz ticarətdən təzyiq vasitəsi kimi istifadə edildiyini görürük. Məsələn, ABŞ Qrenlandiyanın gələcəyi ilə bağlı Danimarka Krallığı ilə razılaşmadıqda, Avropaya qarşı ticarət müharibəsi ilə hədələyirlər. Ona görə də biz heç kimdən asılı ola bilmərik. Biz heç vaxt Rusiya neftindən və qazından asılı olmamalı idik. Yeni texnologiyalar üçün Çindən asılı olmağımız da yanlışdır”, - nazir bildirib.

Humay Eminqızı

Oxşar xəbərlər