Fransada qasırğa səbəbindən 850 min ev elektriksiz qalıb


  • 17:14

Fransada Nils qasırğası 850 min evdə elektrik enerjisinin kəsilməsinə səbəb olub.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, güclü külək, daşqın və uçqun təhlükəsi ilə əlaqədar 5 əyalət üçün qırmızı, 29 əyalət üçün isə narıncı xəbərdarlıq elan edilib.

Gecə saatlarında ölkənin cənub-qərbində küləyin sürəti saatda 162 kilometrə çatıb.

Fransanın daxili işlər naziri Loran Nunes Landes əyalətində bir nəfərin avtomobilinin üstünə ağacın aşması nəticəsində öldüyünü, bir nəfərin isə Kastelsarrasin şəhərində ağır yaralandığını bildirərək vətəndaşları diqqətli olmağa çağırıb.

Bildirilib ki, gündəlik hava nəqliyyatın hərəkətinə də mənfi təsir göstərib.

Fırtına səbəbilə Aude vilayətdəki bütün təhsil müəssisələri bu gün bağlanıb.

Humay Eminqızı

Oxşar xəbərlər