- 17:14
Yaponiyada metal qiymətlərinin artması səbəbindən Şinto ziyarətgahlarının damındakı mis təbəqələr oğruların hədəfinə çevrilib.
E-huquq.az xəbər verir ki, bu barədə “Asahi Shimbun” qəzeti məlumat yayıb.
Əksər məbədlərin damlarında mis materiallarının istifadə edildiyini qeyd edən rəsmilər, ölkə boyu oxşar oğurluq hadisələrinin olduğunu vurğulayır.
Oğurluq səbəbindən bəzi məbədlər ənənəvi olaraq istifadə etdikləri misi daha ucuz materiallarla əvəz etməli olurlar.
Səlahiyyətlilər insanları oğurluğa qarşı ayıq-sayıq olmağa çağırır.
Humay Eminqızı