- 12 Fevral 17:21
ABŞ Prezidenti Donald Trump Çərşənbə günü İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşdən sonra İranla bağlı heç bir qəti razılaşma əldə olunmadığını açıqlayıb.
E-huquq.az xəbər verir ki, Tramp buna baxmayaraq danışıqların davam etdiriləcəyini bildirib.
“Heç bir qəti qərar qəbul olunmayıb. Sadəcə mən İranla danışıqların davam etməsini tələb etdim ki, razılaşma əldə edilə bilərmi yoxlansın”, - Tramp qeyd edib.
ABŞ prezidenti “Fox Business”ə müsahibəsində yaxşı razılaşmanın heç bir nüvə silahı, heç bir raket demək olduğunu vurğulayıb.