- 14:12
Türkiyənin Ərzurum şəhərində 5 mərtəbəli yaşayış binasında bir mənzildən 25 ton zibil çıxarılıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, mənzillərdən birindən gələn pis qoxu sakinlər arasında narahatlıq yaradıb. Qoxudan şikayətçi olan vətəndaşlar dərhal aidiyyəti qurumlara müraciət ediblər. Bu müraciət əsasında təmizlik qrupları hadisə yerinə gəlib və evdən təxminən 25 ton zibil çıxarıblar.
Evin sahibi olan 73 yaşlı qadın isə psixoloji problemləri olduğundan xəstəxanaya yerləşdirilib.
Şəbnəm Mehdizadə