Antalyada evləri su badı - Məktəblər bağlandı


  • 14:03

Türkiyənin Antalya şəhərində güclü yağış bir sıra fəsadlar törədib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Antalyanın Alanya rayonunda yağan güclü yağış zamanı əkin sahələr, bağları, fermalar su altında qalıb.

Yağışlar nəticəsində Dim və Oba çayları daşıb, ətrafdakı evləri su basıb.

Rayonda səhər saatlarından başlayan güclü yağış gün boyu davam edib.

Ərazidə yaşayış binasının istinad divarı uçub.

Leysanla bağlı olaraq Alanya və Qazipaşa rayonlarında yerləşən bəzi məktəblərdə tədris prosesi müvəqqəti olaraq dayandırılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər