Danimarka NATO-nun Arktika missiyası üçün F-35 qırıcıları göndərir


  • 14:11

Danimarka, NATO-nun “Arctic Sentry” missiyası üçün F-35 qırıcılərini göndərir.

E-huquq.az xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyi həmçinin qeyd edir ki, fevralın 13-də başlayacaq missiyanın məqsədi alyansın məsuliyyət zonasının şimal hissəsində NATO-nun fəal iştirakını və nəzarətini nümayiş etdirməkdir.

““Arctic Sentry” proqramı Danimarka Müdafiə Qərargah rəisinin yaxından iştirakı ilə Danimarka və Qrenlandiya hökumətləri tərəfindən artıq qəbul edilmiş təşəbbüslər əsasında qurulur. Adanın hökuməti, NATO-nun Arktikadakı gücləndirilmiş iştirakına arxalanır və F-35-lərin imkanlarını alqışlayır. Bu, Grenlandiyada nadir hallarda gördüyümüz yeni və güclü bir potensialdır, amma şübhəsiz ki, regionumuzda təhlükəsizliyin və müşahidənin gücləndirilməsinə töhfə verəcək”, - Qrenlandiyanın xarici işlər naziri Viviane Motzfeldt bildirib.

Humay Eminqızı

Oxşar xəbərlər