- 14:11
2026-cı ilin yanvar ayında Avropa İttifaqı sərhədini qanunsuz keçmə halları 2025-ci ilin eyni dövrü ilə müqayisədə 60% azalıb.
E-huquq.az xəbər verir ki, bu barədə ilkin qiymətləndirmələri Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyi (Frontex) dərc edib.
Belə ki, yanvar ayında təxminən 5 500 sərhəddi qanunsuz keçmə halları qeydə alınıb.
Bildirilib ki, əlverişsiz hava şəraiti, xüsusilə Aralıq dənizindəki güclü fırtınalar miqrantların səyahətlərini əhəmiyyətli dərəcədə çətinləşdirib.
“Frontex”in qeyd etdiyi kimi, keçən ay qeyri-qanuni miqrantlar arasında ən çox Banqladeş, Əlcəzair və Əfqanıstan vətəndaşları olub.
Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, təkcə yanvar ayında Aralıq dənizində 450-dən çox insan həyatını itirib ki, bu da 2025-ci ilin yanvarında ölənlərin sayından üç dəfə çoxdur.
Humay Eminqızı