Bu şəxslərin ABŞ vətəndaşlığı ləğv edilə bilər


  • 14:11

ABŞ-də bəzi şəxslərin vətəndaşlığı ləğv edilə bilər.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp administrasiyası ABŞ xaricində doğulmuş bəzi vətəndaşların vətəndaşlığını ləğv etmək üçün səylərə başlayıb.

Belə ki, 2026-cı ildən başlayaraq hər ay təxminən 200 nəfərin vətəndaşlığının ləğv edilməsi barədə araşdırma aparılacaq.

ABŞ-nin Vətəndaşlıq və İmmiqrasiya Xidmətlərinin (USCIS) ekspertləri ölkə üzrə ofislərə baş çəkməyə başlayıb və bu vəzifəyə işçilər təyin edilib.

Statistikaya görə, 1990-2017-ci illər arasında ildə orta hesabla cəmi 11 nəfərin vətəndaşlığı ləğv edilib.

Tramp Administrasiyası xüsusi olaraq milli təhlükəsizliyə təhlükə törətdiyi güman edilən və ya vətəndaşlıq əldə edərkən maddi səhvlərə yol verdiyi iddia edilən şəxslərin vətəndaşlığını ləğv etməyi planlayır. Bu addım Trampın ABŞ tarixində "ən böyük deportasiya proqramı" adlandırdığı proqramın bir hissəsi kimi qiymətləndirilir.

Qərar ölkədə hüquq müdafiəçiləri tərəfindən birmənalı qarşılanmayıb və sui-istifadə hallarına səbəb ola biləcəyi qeyd edilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər