İngiltərədə uşaqların olduğu avtomobillərdə elektron siqaretdən istifadə qadağan edilir


  • 16:40

Böyük Britaniyada uşaqları elektron siqaretin zərərli təsirlərindən qorumaq üçün yeni qayda tətbiq olunacaq.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni tənzimlənməyə görə, 18 yaşından kiçik uşaqların olduğu şəxsi avtomobillərdə elektron siqaretdən istifadə tamamilə qadağan ediləcək.

Bununla yanaşı, uşaq meydançaları, məktəb girişləri kimi yerlərdə siqaret, elektron siqaret və qızdırılan tütün məmulatlarının istifadəsi də qadağan ediləcək.

Səhiyyə naziri Ues Stritinq heç bir uşağın oyun meydançasında və ya xəstəxana ərazisində hər hansı bir xəstənin siqaret tüstüsünə məruz qalmamalı olduğunu vurğulayıb.

İngiltərənin Baş Tibb Mütəxəssisi, professor Ser Chris Whitty passiv siqaretin astma, aşağı çəki, xərçəng və ürək xəstəliklərinə təsirini vurğulayaraq bildirib ki, heç bir siqaret çəkən başqasına zərər vermək istəməz, lakin bunu passiv siqaret vasitəsilə edir. Bu tədbirlər cəmiyyətimizin ən həssas üzvlərini qoruyacaq.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər