Yolu təmizləyən fəhlələri maşın vurdu: 1 ölü, 3 yaralı


  • 17:01

Türkiyənin Osmaniye şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Osmaniyenin Düziçi rayonunda avtomobil yolu təmizləyən 4 fəhləni vurub.

Qəza nəticəsində fəhlələrdən biri hadisə yerində ölüb, 3-ü isə ağır yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım və jandarma qrupları göndərilib.

Yaralanan 3 fəhlə təcili yardımla Düziçi Dövlət Xəstəxanasına aparılıb.

Avtomobilin sürücüsü saxlanılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər