Portuqaliyada 13 yaşdan kiçik uşaqlar üçün sosial mediadan istifadə qadağan edilir


  • 17:26

Portuqaliyada 13 yaşdan kiçik uşaqlar üçün sosial mediadan istifadə qadağan edilir.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Portuqaliyada hakim Sosial Demokrat Partiyasının (PSD) parlamentə təklif etdiyi qanun layihəsi yekun təsdiqini gözləyir.

Layihəyə əsasən 13 yaşından kiçik uşaqlar üçün sosial mediaya və digər platformalara girişi qadağan edilir. 13-16 yaş arası uşaqlar üçün valideyn və ya müəllim icazəsi tələb ediləcək.

Əsas müxalifət partiyaları qanun layihəsinin əleyhinə səs verib.

Layihə yekun səsvermə üçün ümumi yığıncağa qaytarılmadan əvvəl parlament komitəsində müzakirə olunacaq.

Qanuna əməl etməyən platformaları 2 milyon avroya qədər cərimə də gözləyir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər