23.10.2026
İranda yaşayış binasında partlayış baş verdi;
Dünya

İranda yaşayış binasında partlayış baş verdi;

Fev 14, 2026

İranın Qum şəhərində yaşayış binasında partlayış baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə İranın Qırmızı Aypara Cəmiyyətinin baş direktoru Məhəmməd Rza Bəhrami bildirib.

Partlayış binada qaz sızması nəticəsində baş verib və binanın bir hissəsi çöküb.

Hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Axtarış-xilasetmə əməliyyatı davam edir.