Əmtəə bazarlarında neft bahalaşdı


  • 12:00

Qlobal əmtəə bazarlarında neft bahalaşıb.

E-huquq.az xəbər verir ki, Nymex birjasında WTI markalı xam neftin bu ilin mart müqaviləsi üzrə qiyməti 0,08% və ya 0,05 dollar artaraq 62,89 dollar/barel olub.

ICE birjasında isə Brent markalı xam neftin bu ilin aprel müqaviləsi 0,34% və ya 0,23 dollar bahalaşaraq 67,75 dollar/barel səviyyəsinə yüksəlib.

Analitiklər qiymətlərdəki artımı qlobal enerji bazarlarında tədarük gözləntiləri və tələb dinamikası ilə əlaqələndirirlər.

Oxşar xəbərlər