- 15 Fevral 19:10
Rusiyanın Kuril adaları sahillərində 6 maqnitudada zəlzələ qeydə alınıb.
E-huquq.az xəbər verir ki, seysmik hadisə ilə bağlı məlumatlar Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında dərc edilib.
Məlumata görə, zəlzələnin episentri Petropavlovsk-Kamçatskdan 599 km cənub-qərbdə və Severo-Kurilskdən 285 km cənub-qərbdə, zəlzələ ocağı təxminən 55 km dərinlikdə yerləşib.
Mümkün dağıntı və ya tələfat barədə məlumat verilmir.