- 10:45
Türkiyənin İstanbul şəhərində ağır yol qəzası baş verib.
E-huquq.az "TRT haber"ə istinadən xəbər verir ki, İstanbulun Beykoz səmtində minik avtomobili ilə yük maşını toqquşub.
Toqquşmanın təsirindən yük maşını yol kənarındakı su kanalına aşıb.
Hadisə nəticəsində 6 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya təcili yardımla çatdırılsa da, sürücü həyatını itirib.
Qəza nəticəsində hər iki avtomobil yararsız vəziyyətə düşüb.
Şəbnəm Mehdizadə