- 11:21
Türkiyənin 9 vilayəti üçün güclü yağış və fırtına bağlı sarı xəbərdarlıq verilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Meteorologiya İdarəsi məlumat yayıb.
Məlumata görə, Balıkesir, İzmir, Manisa və Aydında şiddətli yağış və tufan gözlənilir.
Bəzi vilayətlərdə isə toz fırtınaları proqnoz edilir.
Sarı kod xəbərdarlığının verildiyi 9 vilayətdə vətəndaşlara ehtiyatlı olmaq tövsiyə olunur.
Şəbnəm Mehdizadə