Bu ölkədə dabaq xəstəliyinə görə fövqəladə vəziyyət elan edildi


  • 10:20

Cənubi Afrika Respublikası ərazisində dabaq xəstəliyinin sürətlə yayılması ilə əlaqədar ölkə miqyasında fövqəladə vəziyyət elan olunub.

Bu barədə Fövqəladə Halların İdarə Edilməsi Mərkəzinin rəhbəri Elias Sithole məlumat verib. Onun sözlərinə görə, xəstəlik Şərqi Keyp, Free State, Gauteng, KwaZulu-Natal, Limpopo, Mpumalanga, North West və Western Cape əyalətlərində təhlükəli həddə çatıb.

Qurum rəhbəri bildirib ki, qəbul edilən qərar ölkənin heyvandarlıq sektoru, ərzaq təhlükəsizliyi və ixrac bazarları üçün yaranan risklərin qarşısının alınması baxımından zəruri addımdır.

Ölkə prezidenti Matamela Siril Ramafosa isə açıqlamasında hökumətin qarşıdakı 12 ay ərzində 14 milyon baş iribuynuzlu heyvanın peyvənd olunmasını planlaşdırdığını bildirib. Qeyd edilib ki, bu məqsədlə ümumilikdə 28 milyon doza vaksin tələb olunur.

Prezident fermerlərin peyvəndləri operativ şəkildə əldə etməsini təmin etmək üçün müvafiq tədbirlərin görüldüyünü də vurğulayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər