Rusiya Ukraynada daha 12 yaşayış məntəqəsini ələ keçirib


  • 10:31

Rusiya fevralın əvvəlindən Ukraynada 12 yaşayış məntəqəsini ələ keçirib.

E-huquq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov məlumat verib.

O bildirib ki, hazırda 200 kvadrat kilometrdən çox ərazi Rusiyanın nəzarəti altındadır.

Bölmə komandirləri ilə görüş keçirən Gerasimov çıxışında Rusiya qüvvələrinin bütün cəbhələrdə irəliləyiş olduğunu bildirib.

"Sərt qış aylarına və kəskin hava şərtlərinə baxmayaraq, Birləşmiş Qüvvələr Qrupunun bölmələri fevralın ilk həftəsində 12 yaşayış məntəqəsini azad etdi. Hazırda 200 kvadrat kilometrdən çox ərazi nəzarətimiz altındadır" - deyə Baş Qərargah rəisi bildirib.

Gerasimov ən gərgin döyüşlərin mərkəzi hərbi qrupun məsuliyyəti altında olan ərazidə getdiyini qeyd edərək, Şimal qrupu bölmələrinin Ukraynanın Sumı və Xarkov vilayətlərində təhlükəsizlik zonasını genişləndirməyə davam etdiyini bildirib.

O, həmçinin Cənub Qrupu bölmələrinin Donetsk vilayətinin Slavyansk şəhərinə doğru irəlilədiyini, Şərq və Dnepr qruplarına aid bölmələrin isə Zaporojjya bölgəsində irəliləyişlərini davam etdirdiyini bildirib.

Gerasimov bölmələri uğurlarına görə təbrik edib və onlara bir sıra tapşırıqlar verib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər