- 12:15
İsrail Livan-Suriya sərhədində bir avtomobil PUA ilə hücum edib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hücum Livan və Suriya sərhədindəki Məsnaa sərhəd keçid məntəqəsi ilə Cadidat Yabus bölgəsi arasında baş verib.
Əraziyə yaxın kəndlərdə ardıcıl dörd güclü partlayış səsi eşidilib.
Hücum zamanə sərhəd xəttində olan avtomobildə yanğın baş verib.
Avtomobildə olan 4 nəfərin cəsədi çıxarılıb.
Qeyd edək ki, 2024-cü ilin noyabrında Livanla əldə olunan atəşkəs razılaşmasına baxmayaraq, İsrail hücumlarını davam etdirir.
Şəbnəm Mehdizadə