Katib məhkəmənin seyfindən qızıl oğurladı


  • 11:44

Türkiyənin paytaxtı Ankara şəhərində məhkəmə binasında oğurluq hadisəsi baş verib.

E-huquq.az "Hukukihaber.net"ə istinadən xəbər verir ki, Ankara Qərb Ədliyyəsində işləyən katib məhkəmənin seyfindən qızıl sikkə oğurlayıb.

Seyflərin açılması zamanı qızılların əksik olduğu müəyyən edilib.

Hadisə ilə bağlı Baş Prokurorluq araşdırmalara başlayıb və təhlükəsizlik kameralarının görüntüləri nəzərdən keçirilib.

"Yalnız lazım olan qədər qızıl aldım, daha sonra qızılları geri qaytaracaqdım" - deyə o ilkin ifadəsində bildirib.

Şübhəli şəxs barəsində həbs qərarı verilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər