Almaniyanın Gelzenkirxen şəhərində bankda oğurluq hadisəsi baş verib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bankın Sparkasse filialına daxil olan oğrular 3000-dən çox seyf qutusunu boşaldıb və milyonlarla avro oğurlayıblar.
Müstəntiqlər oğruların banka bitişik olan avtomobil dayanacağına daxil olduqlarını daha sonra divarda deşik açaraq zirzəmidəki otağa girdiklərini bildirib.
Soyğunçular hadisə zamanı iz buraxmamaq üçün anbarlara su və kimyəvi maddələr töküb, bu da əşyaların zərər görməsinə səbəb olub.
Bank müştəriləri hadisəyə etiraz ediblər.
Müştərilərin əksəriyyəti bankı təhlükəsizlik tədbirlərini düzgün tətbiq etmədiyi üçün məhkəməyə verməyə hazırlaşır.
Hadisə Şimali Reyn-Vestfaliya əyalətinin ən böyük cinayət hadisələrindən biri kimi qiymətləndirilir və istintaq davam edir.
Şübhəlilərin tutulması istiqamətində tədbirlər davam edir.