İranda silahlı hücum zamanı 4 mədənçi ölüb


  • 12:15

İranın Sistan-Bəlucistan əyalətinin Zahedan şəhərində mədən işçilərini daşıyan avtomobilə silahlı hücum olub.

E-huquq.az İran mətbuatına istinadən xəbər verir ki, mədənçiləri daşıyan avtomobilə naməlum şəxslər tərəfindən silahlı hücum edilib.

Hücum nəticəsində 2 mədənçi həlak olub, 2 nəfər yaralanıb.

Polis rəsmisinin sözlərinə görə, cinayətkarların tutulması istiqamətində işlər davam edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər