Məzmuna keç

Ukrayna Yaponiya və Kanadadan 690 milyon dollar əldə edib

Tokio və Ottava Kiyevə Rusiyanın dondurulmuş aktivlərinin faizlərindən istifadə etməklə borcun ödənilməsini nəzərdə tutan “ERA” proqramı çərçivəsində Kiyevə 690 milyon dollar ayırıb.

E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Yaponiya 544 milyon dollar, Kanada isə 146 milyon dollar ayırıb.

Ukrayna Maliyyə Nazirliyi xatırladıb ki, fevralın 6-da nazirlik və Dünya Bankı arasında “Ukraynada dayanıqlı dövlət idarəçiliyinin təmin edilməsi üçün dövlət xərclərinə dəstək” layihəsi çərçivəsində qrant vəsaitlərinin verilməsinə dair saziş imzalanıb.

Humay Eminqızı